• Sheki Park Otel

     

    Xoş və mənalı istirahət məqsədiylə füsunkar təbiəti ilə göz oxşayan "Şəki Park" istirahət mərkəzini seçsəniz yanılmazsınız. İstirahət mərkəzində rahatlığınızı təmin edəcək 1, 2, 3 otaqlı kotteclər, əsrarəngiz təbiətin gözəlliyinə çıxışı olan qapalı və açıq restoran mövcuddur. Təbii ki, bu restoranda Azərbaycan, xüsusi ilə Şəki mətbəxinin ləziz təamları ilə bərabər, Avropa mətbəxinin çeşidləri də sizlərə təklif olunacaq. Restoranda səhər yeməyi ödənişə daxildir.

     

    "Housekeeping" xidməti otaqlarınızın daim səliqəli və təmiz saxlanılması üçün gündəlik fəaliyyət göstərir.

     

              

     

    Qonaqların səmərəli istirahəti üçün "Şəki Park" kino salonu, bilyard salonu, mini futbol, voleybol meydançaları, tennis kortu və açıq hovuzu ilə sizlərin xidmətindədir.

     

    "Şəki Park" da işgüzar toplantıların keçirilməsi üçün xüsusi iclas zalı da mövcuddur.

     

    Uşaqlı valideynlərin rahat istirahət etməsini təmin etmək məqsədi ilə uşaqlar üçün xüsusi guşə yaratmağı da unutmamışıq.

     

    İstirahət mərkəzi ərazisində Wi Fi dan pulsuz istifadə edə bilərsiniz.

     

              

     

              

     

    "Şəki Park" ərazisində həm də avto dayanacaq mövcuddur. Bundan əlavə istirahət mərkəzində 24 saat fəaliyyət göstərən mini - market də var.

     

    Yeri gəlmişkən "Şəki Park" ı seçənlərə sivil istirahət xidmətləri göstərməklə yanaşı, qonaqlara bu qədim şəhərin tarixi, eləcə də tarixi abidələri ilə tanış olmaq, Şəkinin görməli yerlərinə turlar təşkil etmək imkanları da təklif edirik. Siz bu məqsədlə bələdçi xidmətindən də istifadə edə bilərsiniz.

     

    Bütün otaqlar düz ekranlı TV, kabel kanalları, kondisionerlə təchiz olunmuşdur. Otaqlarda əlavə elektrik çaynik, vanna və ya duş ilə özəl vanna otağı var.

     

    Qonaqlara dəsmal, hamam xalatı, tapocka və pulsuz tualet ləvazimatları verilir.

     

              

     

    Prays - list səhər yeməyi daxil olmaqla:

     

    SİFARİŞ ET