• Sheki Palace Otel

     

    Gözəl və zərif Sheki Palace oteli öz qapılarını Şəki - Qədim şəhərin bənzərsiz tarixi hissəsinə açıb. Memarlıq klassik və milli nümunələri müvəffəqiyyətlə birləşdirir. Otel mərmər və daşla dəb - dəbə ilə bəzədilmişdir. Sheki Palace oteli müasir ofis avadanlıqlarını təmin edir. İş adamları yeni ofis avadanlıqları, internetə çıxış və iclas otağı ilə təmin olunur.

     

              

     

    Sheki Palace oteli iş adamları və turist qonaqlaması üçün 46 otaq təqdim edir. Burada Şəki və Böyük Qafqaz dağlarının gözəl mənzərəsi ilə əhatə olunmuş 22 Standart otaq, 10 Twin otaq, 6 Triple otaq, 4 Junior Suite, 2 Corner Suite, 1 Family Suite, 1 Executive Suite və 1 Presidential Suite, həmçinin 8 Standart Non - Smoking otaq var.

     

              

     

    Şəbəkə Restoranı - səhər yeməyi və nahar yeməyi üçün gün boyu açıqdır. Şəbəkə restoranı 50 nəfərlikdir.

     

    Teras Restoran - Açıq hava restoranı romantik yeməklər və banketlər üçün yaxşı seçimdir. Teras restoranda oturanda, siz Şəkinin və Böyük Qafqaz dağlarının gözəlliyini görə bilərsiniz. Bu restoran 400 nəfərlikdir.

     

              

     

    Müasir havalandırmalı idman zalı ən son Techno Gym alətləri ilə təchiz olunmuşdur. İdman zalında vitamin bar və qəbul şöbəsi var.

     

    Oteldə 220 nəfərlik konfrans və 10 nəfərlik iclas otağı var.

     

    Qonaqlara dəsmal, hamam xalatı, tapocka və pulsuz tualet ləvazimatları verilir.

     

              

     

    Prays - list səhər yeməyi daxil olmaqla:

     

    SİFARİŞ ET