• İpək Yolu VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

     

    İyunun 27 - dən iyulun 1 - dək Şəki şəhərində "İpək Yolu" VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək.

     

              

     

    Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləcək.

     

              

     

    Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək.