• Qaqarin Restoranı

     

    Şəkinin (adınin bir az qəribə olmasına baxmayaraq) məşhur restoranlarından biri "Qaqarin" restoranıdır. Qlamur deyil, amma çox gözəl mətbəxi ilə, orta qiymət kateqoriyalıdır. İl boyu fəaliyyət göstərir. Yayda açıq terrasda Şəkinin gözəl mənzərəsini izləyə bilərsiniz. Qışda isə bağlı otaqları var. "Sheki Palace" otelindən yuxarıda yerləşir. Avtomobil üçün dayanacağı var.

     

    Soyuq havalarda ənənəvi milli yemək Piti, şabalıd ilə hazırlanır, il boyu kabablar təklif olunur. Burada cox dadli "Dobu dolması" (dolma üzüm yarpağında və piti qabında) hazırlanır.

     

     

    Ünvan: Azərbaycan, Şəki şəhəri, Azadlıq prospekti.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az