• M.F. Axundovun Ev Muzeyi

     

    Şəkidə bir çox muzeylər var. Bu muzeylərdən biri də, M.F. Axundovun ev muzeyidir. Bu muzey M.F. Axundov küçəsi, 1 saylı ünvanda yerləşir. Muzey 1940 - cı ildə yaradılmışdır. Bu binanın 1800 - cü ildə tikildiyi təxmin edilir. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini keçirib. Muzey əvvəl iç - içə olan iki kiçik otaqdan ibarət idi. Sonralar M.F. Axundovun ev muzeyi genişləndirilmiş, evin yaxınlığında başqa bir tikili də, inşa edilib. Onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilib.

     

     

    Beləliklə, M.F. Axundovun ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir.

     

    Muzeydə 248 sayda eksponat nümayiş etdirilir.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az