• Şəkixanovların Evi

     

    Şəkixanovların evi Azərbaycanın Şəki Şəhərində yerləşir. XVIII əsrin ikinci yarısında Məhəmməd Hüseyn Xan tərəfindən tikdirilmişdir.

     

    Şəkixanovların evi, çiy kərpicdən tikilmişdir. Ev 2 mərtəbəlidir, 6 otaq, 4 dəhlizdən ibarətdir. Dekorativ elementlərin zənginliyinə görə Şəkixanovların evi, saray tiplidir.

     

    Birinci mərtəbədəki otaqlar qış fəsli üçün nəzərdə tutulub, mərkəzi otaqda kamen yerləşdirilmişdir.

     

     

    İkinci mərtəbənin mərkəzi zalı müxtəlif sujetlərlə və divar rəsmləri ilə bəzədilib. Zalın mərkəzi hissəsində zəngin bəzədilmiş dekorativ buxarı var. Divarlar Nizami Gəncəvinin "Xəmsə" əsərindəki qəhrəmanların, heyvanların və quşların təsvirləri, ornamental kompozisiyalar ilə bəzədilmişdir. Zalın tavanı daha zəngin rəsmlərlə bəzədilib, burda qanadlı mələklərin təsviri var. Divarın yuxarı hissəsi güzgülü stalaktitlərlə bəzədilib.

     

     

    Şəkixanovların evi nin pəncərələri müxtəlif rəngli şüşələrlə - şəbəkə fasadla hazırlanıb.

     

    2012 - ci ilin noyabrında Azərbaycanın İncəsənət və Turizm Nazirliyi tərəfindən abidənin bərpası başlamış və 2013 - cü ilin avqustunda bitmişdir.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az