• Kiş Alban Məbədi

     

    Kiş kəndi Azərbaycan Respublikasının şimal - qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan iki çay Kiş və Ağ Su - daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir.

     

     

    Kiş məbədi - Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. "Alban ölkəsinin tarixi" - nə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60 - cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki məbəd "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır.

     

     

    Arxeoloji qazıntılar zamanı məbədin şimal - şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur.

     

    Bizim dövrümüzə qədər məbədin salamat saxlamış tarixi, Azərbaycan torpağının qədim və zəngin mədəniyyəti haqqında müasir nəsillərə maddi dəlillər vermişdir. Kişdəki məbəd nəinki Qafqaz Albaniyasında (Azərbaycanda), eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın başlandığını simvollaşdıran görkəmli tarixi abidədir.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az