• Çaxır Dequstasiyası

     

    Bu gün süfrələri ən çox bəzəyən qırmızı və ağ şərablardı. Çəhrayə şərab isə elədə məhşur ola bilməyib. Onlar rəngləri ilə yanaşı, əsasən dadlarına görə də, növlərə ayrılır.

     

    Adətən bütün isti xörəkləri, qırmızı ət, pendir növlərini qırmızı şərabla, soyuq qəlyanalıtıları, ağ ət və balıq çeşıdlərini ağ şərabla, desert və meyvələr isə çəhrayı şərabla dadmaq tövsiyyə olunur.

     

              

     

    Şərabın dequstasiyası ciddi bir işdir. Qədəhə, otaq temperaturunda olan 30 ml şərab süzülür. Sonra göz səviyyəsindən bir azca yuxarı qaldırılır. Onun rəng və çalarlarına diqqət yetirilir. Keyfiyyətli şərab, qəhvəyi çalarlarla əks olunacaq. Yantar və alov qırmızısı rəngində olan şərablar, köhnə şərab olduğunu xəbər verir.

     

    Qırmızı şərab 18 - 20 dərəcədə, daha böyük qədəhlərdə içilir. Ağ şərab isə 5 - 10 dərəcə istiikdə içilsə daha ləzzətli olar.

     

              

     

    Şəhərimizin qonaqlarına, yerli istehsal olan müxtəlif çeşıdli şərabların dequstasiyasını təklif edirik.

     

    Əsası 2006 - ci ildə qoyulmuş Şəki Şərab zavodunun istehsal güçü 210 min dekalitrdir, bu da 280 min şüşə üzüm şərabı təşkil edir.

     

    Aqroinvestkom MMC kimi fəaliyyətə başlamış Şəki şərab zavodu, Şəki rayonu Çələbixan qəsəbəsində 0.29304 ha torpaq sahəsində yerləşmişdir. Ərazidə inzibati bina (qablaşdırma sexi), istehsal sexi, tərəzi binası, gözətçi binası, qonaq evi, idarə binası, nasos binası və sair bina, avadanlıqlar yerləşir.

     

    Şəki şərab zavodundakı bütün avadanlıqlar, İtalyanın şirkəti "DELLA TOFFOLA" tərəfindən quraşdırılıb.

     

    Burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Zavod iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.

     

              

     

              

     

              

     

              

     

    14 noyabr 2016 - cı ildə Beynəlxalq İxtisaslaşdırılmış çaxır müsabiqəsində Gülüstan şərabı ilin brendi, Saperavi rezerv. Gülüstan şərabı gümüş medala layiq görülmüşdür.

     

    16 dekabr 2016 - cı il IV Beynəlxalq Şərab festivalı II "Salxım" Dequstasiya müsabiqəsində "Mədrəsə" şərabı gümüş medala layiq görülmüşdür.

     

    Müəssisədə istehsal edilən şərablar Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən milli sortlardan Mədrəsə, Bayan Şirə, Avropa sortlarından Kabarnet Sovinyon, Merlo, Saperavi, Pino Noir, Sıra, Şardone üzüm növlərindən emal edilmişdir.

     

    Çaxır Dequstasiyası Turu iki formada təşkil olunur:

     

    Çaxır Dequstasiyası Turu (Çələbi Xan Restoranında),

    Çaxır Dequstasiyası Turu (Şəki Şərab Zavodunda).

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az