• Əliəhməd Şirniyyat Evi

     

    Tarixən yemək qayğıları, azuqə ehtiyacı insanın zehni düşüncəsini əsrlər boyu məşğul etməklə, onu daim düşünməyə, aramsız axtarışlara sövq etmişdir. Bu əbədi həyati təlabatdan irəli gələn əməli səylər tarixdə ən böyük ixtisarların mayası olmuş, mədəni - texniki tərəqqiyə cığır açmışdır.

     

     

    Ərzaq məhsullarının əldə edilməsi, onların emalı, saxlanılması və bişirilmə üsulları sahəsində Azərbaycan xalqı zəngin təcrübə əldə etmişdir. Bu böyük mədəni irsin yaranmasında Şəkililərində əməyi az olmamışdır. Xüsusi olaraq milli kaloriti ilə seçilən ənənəvi Şəki mətbəxi Azərbaycanın maddi mədəniyyətini xeyli zənginləşdirmişdir.

     

     

    Şəkidə XX əsrin 50 - ci illərindən Əliəhməd Əliəkbər oğlu Qaffarov (1918 - ci il) Şəki halvası istehsal edən şirniyyat evi yaradır. İlk illər kiçik olan bu müəssisədə yalnız özü və ailə üzvləri çalışır. Hazırladığı şirniyyatlar nəinki Şəkidə, ətraf rayonlarda da məhşurlaşmağa başlayır. Səliqə səhmanı, müştərilərlə davranışı onun sonrakı nailiyyətlərinə təkan verir. Ailəsində böyüyən övladları bu işdə atalarına yorulmadan kömək edirlər.

     

     

    Övladları atalarının əl qabiliyyətinə bələd idilər. Bu işin incəliklərini izləyir və ustalıqla mənimsəyirdilər. Əliəhməd Əliəkbər oğlu Qaffarovun vəfatından sonra (2004 - cü il) onun övladları atalarının şirniyyatla bağlı peşəsini davam etdirirlər. Hal - hazırda bu şirniyyat evində övladları - Qaffarov Məmmədsaleh və Xosrov qardaşları çalışır. İndi onlar iftixarla mərhum atalarının işini davam etdirirlər. Hal - hazırda bu müəssisə daha böyük və şöhrətli olmuş, neçə - neçə insanın iş yerinə çevrilmişdir.

     

     

    Bu müəssisədə hazırlanan şirniyyat növləri: Şəki halvası, qırmabadam, peşvəng, tel halva, toy noğulu, barama şirni, düymə şirni, bamiyə, qoz və fındıq ləpəsindən hazırlanmış mindallar və s.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az