• Nar Bayramı

     

    Azərbaycanda hər il qeyd olunan bayramlardan biri də, Nar bayramıdır. Bayram günlərində Azərbaycanda nar mərkəzi sayılan Göyçay şəhərində sərgi keçirilir və bu sərgidə müxtəlif nar növləri, nar şirələri, mürəbbələri və s. nümayiş olunur.

     

     

    Nar qədim zamanlardan Göyçaylıların gəlir mənbəyidir. Azərbaycan bütün nar növlərinin yetişdirildiyi yeganə ölkə hesab olunur. Azərbaycanda nar haqqında şeirlər yazılır, mahnılar bəstələnir.

     

     

    Bayram günlərində keçirilən sərgidə "Vələs", "Şirin", "Güleyşə", "Şıxbaba" kimi növlər nümayş olunur. Hər növün öz dadı, öz rəngi var və bəziəri müxtəlif müalicələrdə istifadə olunur. Misal üçün; qaynadılmış nar kökünün suyundan ağrıkəsici kimi, şirəsindən təzyiqi stabilləşdirmək, dənəciklərindən iştahı artırmaq, qabığındna isə həzmi yaxşılaşdırmaq üçün istifadə edilir.

     

     

    Azərbaycanda nar meyvələrin tacı adlanır.