• Şəki halvası - Master Klass

     

    Dadı dillər əzbəri olan Şəki halvasının hazırlanma üsülları bir adət - ənənə olaraq əsrlər boyu ustadan ustaya ötürülməktədir.

     

     

    Şəkidə bütün məhəllələrdə halvaçı dükanları var.

     

    Bəzi halvaçılar isə əməlli - başlı brend olub və uzun illərdir halvaçılıqla məşğul olan nəsillərdir. Misal olaraq "Əliəhməd", "Ülvü Yəhya oğlu", "Yəyha" və "Mahmud" şirniyyat evlərini göstərmək olar.

     

     

    Məqsədimiz şəhərimizin xarici və yerli qonaqlarını məhşur Şəki halvasının hazırlanması ilə yaxından tanış etməkdir.