• Fitness haqqında

     

    Fitness sözünün mənası "Sağlam və formada olmaq" deməkdir. Fitness bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür.

     

    Digər idman növlərindən fərqli olaraq fitnessdə əsas məqsəd bədəndəki bütün əzələləri işlədərək elastikləşdirmək və formaya salmaqdır. Fitness elə bir idman növüdür ki, onunla məşğul olarkən edilən hərəkətlər hər insanın öz orqanizmi və yaşına görə fərqli olur. Hər yaşda olan insan fitneslə məşğul ola bilər, amma fitnesə başlamazdan əvvəl mütəxəssis tərəfindən onun yaşına, sağlamlıq vəziyyətinə uyğun olan idman hərəkətləri müəyyən edilməlidir.

     

    Fitnesslə məşğul olduqda:

    Sağlam qaydada arıqlamaq,

    Sümüklərin möhkəmlənməsi,

    Sağlam dəriyə sahib olmaq,

    Uzun və sağlam bir həyat,

    Beyin inkişafı və düşünmə qabiliyyətinin artması,

    Normal və rahat yuxu.

     

    İnsanların rahatlığı və sağlamlığı üçün bir çox otellərdə Fitness məşğələləri vardır, həmçinin Şəki şəhərində yerləşən İssam Hoteldə də Fitness məşğələləri üçün geniş zal fəaliyyət göstərir.