• ATÇILIQ TURİZMİ

     

    Azərbaycanda qədim zamanlardan atçılıqla məşğul olublar. Hazırda dünyada atın 425 - dən çox cinsi var, bunlardan ikisi - Qarabağ və Dilbaz atları bizim ölkədə yetişdirilir. Bu iki at cinsi Azərbaycan xalqının fəxridir.

     

    Ta qədimdən müxtəlif ölkələrdə atların iştirakı ilə oyunlar keçirilib.

     

    Azərbaycan Atçılıq turizminin inkişafı üçün əlverişli məkandır.

     

    Atçılıq turizmi dinamik istirahətin elitar növü sayılır. Atla səyahətlər müxtəlifdir: bu, dərə - təpəli ərazidə ekstremal at çapmalar, yaxud sadəcə dincəldiyiniz və gözəl mənzərə seyr etdiyiniz istirahət ola bilər. Bir çox turistlər bir neçə gün üçün nəzərdə tutulmuş atçılıq turlarını seçirlər. At sürtməklə məşğul olmaq zövq almaqla yanaşı, sağlamlıq üçün də faydalıdır.   

     

    Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən "Respublika Atçılıq Turizm Mərkəzi" regionda fəaliyyət göstərir. Mərkəz Şəki rayonunun ən əsrarəngiz guşələrindən biri olan Daşüz kəndində yerləşir.

     

    İssam Hotel & Spa şəhərimizə qonaq gələn turistlərə "Atçılıq Turizm Mərkəzi" ndə Atçılıq turunu təklif edir.