• Çələbi Xan Restoranı

     

    Azərbaycanda toy - nişan mərasimləri, ad günü və digər tədbirləri keçirmək üçün bir çox restoranlar vardır.

     

    Onlardan biridə Şəki şəhərində fəaliyyət göstərən "Çələbi Xan" restoranıdır. Qədimliyi və müasirliyi özündə birləşdirən "Çələbi Xan" restoranı digər restoranlardan fərqlənir.

     

    Göz oxşayan "Çələbi Xan" restoranı sizin bütün arzularınızı reallaşdıracaq. Beləki toy - nişan mərasimlərinizi, ad günü, banket və digər tədbirlərinizi təkrar edilməz qeyd etmək istəyirsinizsə, "Çələbi Xan" restoranının gözəl tərtibatlı banket zalları və otaqları sizin ixtiyarınızdadır. Oyma işlərlə, gözəl naxışlarla tərtib edilmiş möhtəşəm 18 və 25 nəfərlik banket zalları, sizə xoş anlar bəxş edəcək.

     

    Zəngin mətbəxə və yüksək səviyyəli xidmətə söz ola bilməz. Burda siz, münasib qiymətə menyu sifariş edə bilərsiniz. Xanlara layiq xidmət görmək istəyirsinizsə, "Çələbi Xan" restoranına buyurun.