• Şəki şəhərində Novruz bayramına hazırlıq

     

    Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki diyarında da geniş şəkildə qeyd olunacaq.

     

    Bayram ərəfəsində Şəki Qala divarları ərazisində Novruz Bahar festivalı keçiriləcək. Bayram festivalı martın 19 - dan martın 26 - dək davam edəcək.

     

    Xan sarayı rəngarəng Novruz dekorasiyaları və bayram xonçaları ilə bəzədiləcək. Qala divarları daxilndə əl işləri yarmarkası keçiriləcək.

     

    Martın 19 - u səhər saatlarında Qala divarlarının girişində zurnaçılar, milli musiqi, rəqs və milli geyimli qarşılama olacaq. Axşam saatlarında bayram tonqalı qalanacaq.

     

    Martın 20 - də Şəhər bayram tədbiri keçiriləcək. Tədbirdə kəndirbazlar, musiqiçilər və simvolik Novruz qəhrəmanları olan - keçəl, kosa iştirak edecəklər.

     

    Yerli əhalini və şəhərimizə qonaq gələn hər kəsi bu gözəl bayram tədbirində iştirak etməyə dəvət edirik.