• MUĞAM ÜÇLÜYÜ

     

    Muğam üçlüyü - Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dәstgahlarını icra edən ənənəvi sazәndәlәr ansamblı; xanəndə və sazəndə dəstəsi.

     

    Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir.

     

    Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi - poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.

     

              

     

    ISSAM Hotel & Spa, istirahətinizi daha əyləncəli və maraqlı etmək üçün, sizlərə Muğam üçlüyünü təklif edir.

     

    Muğam üçlüyü (Xanəndə, tar və kamança ifaçıları) - 100 Azn.

     

              

     

    Eyni zamanda, qonaqlarımız hər gün axşam, otelimizin restoran və barında canlı musiqi dinləyə bilərlər.